Bank Of Baku

Bir qrup türkiyəli sahibkar iyunun 17-də Azərbaycana gələcək

Bir qrup türkiyəli sahibkar iyunun 17-də Azərbaycana gələcək
# 15 iyun 2010 09:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin müxtəlif sənaye sektorlarında fəaliyyət göstərən şirkətlərinin nümayəndələrindən ibarət heyət iyunun 17-də Azərbaycana gələcək. Bu barədə APA-ya Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasından (ASK) məlumat verilib.

Türkiyə nümayəndə heyəti iyunun 17-də ASK-nın rəhbərliyi və konfederasiyaya üzv şirkətlərlə görüş keçirəcəklər. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olunacaq.

«Qara dəniz və Xəzər dənizi Biznes» jurnalının rəhbəri Çağlar Ünalın rəhbərlik edəcəyi nümayəndə heyətində «TEMSA Global», sement «Akçansa», «Limak Holding», «TİRSAN KARDAN», «Sahra Kablo», «TUMTAS-OPETAS» Şirkətlər Qrupu, «PoinT Karaca», «FREYSAS İnşaat və Quraşdırma Sistemləri», «Doru Yapı», “Lightgitter GmbH”, «Arthor Güc Sistemləri» və «Ac Mimarlık» şirkətləri təmsil olunur. Türkiyə şirkətləri avtomobil, avtomobil ehtiyat hissələri, sement istehsalı, turizm, telekommunikasiya, memarlıq, inşaat, dəmir məmulatlar və s. istehsalı və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR