Bank Of Baku

İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək

İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək
# 15 iyun 2010 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Cari ilin avqust ayının 24 və 25-də İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasından APA-ya verilən məlumata görə, tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair müzakirələr aparılacaq.

Biznes-forum çərçivəsində biznes fəaliyyətinə dövlət dəstəyi mövzusuna həsr olunmuş dəyirmi masa, müxtəlif sahələrdə aparıcı şirkətlərin rəhbərləri ilə biznes əlaqələrinin qurulmasına dair xüsusi görüşlər, regionlara investisiyanın yatırılmasına dair sessiya, regionun 300-dən çox potensial investor, alıcı, üçüncü ölkədə layihələr həyata keçirmək məqsədilə birgə əməkdaşlıq imkanlarının araşdırılmasına dair görüşlər keçiriləcək.

Tədbirdə infrastruktur (yol, nəqliyyat, şoselər,enerji və s.), kənd təsərrüfatı, səhiyyə və əczaçılıq, İKT, qiymətli daşlar və zərgərlik məmulatları, turizm, tekstil, bank və maliyyə və s. sektorlarda çalışan şirkətlərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Biznes Forum Hindistanın Ticarət və Sənaye Palataları Federasiyası tərəfindən təşkil olunur və Hindistan Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir. Forumda Azərbaycan, Hindistan, Türkiyə, Ermənistan, Belarus, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan və Moldovanın iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR