Bank Of Baku

«Səhliyalı» şirkətinin kolbasalarının tərkibində nişasta aşkarlanıb

«Səhliyalı» şirkətinin kolbasalarının tərkibində nişasta aşkarlanıb
# 16 iyun 2010 06:41 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən bişmiş «Şərq» kolbasası, əla növ «Səhər» sardelkası və «İveriya» sosiskasının tərkibində nitritin kütlə payının normadan artıq olduğu müəyyən edilib.

Bundan başqa, normativ sənədlərə əsasən, əla növ bişmiş «Südlü» və «Lyubutelskaya» kolbasalarının tərkibində nişasta (kraxmal) olmasına yol verilmədiyi halda, bu məhsulların tərkibində nişastanın kütlə payının müvafiq olaraq 5,1% və 5,4% təşkil etdiyi aşkar olunub.

Ümumiyyətlə, aparılmış müayinələr nəticəsində müəssisənin 16 adda ət məhsulunda nişastanın kütlə payının normadan çox olduğu müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR