Bank Of Baku

Bu il Azərbaycanda 746 müəssisədə dövlət nəzarəti tədbirləri keçirilib

Bu il Azərbaycanda 746 müəssisədə dövlət nəzarəti tədbirləri keçirilib
# 16 iyun 2010 07:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Ərazi Dövlət Nəzarəti İdarələri cari ilin yanvar-may ayları ərzində 746 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirib. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Dövlət nəzarəti tədbirlərinin 353-ü 1 saylı Ərazi DNİ-nin (Bakı) payına düşüb. Aparılmış yoxlamalar nəticəsində ümumi dəyəri 211,5 min manat olan məhsulun normativ sənədin tələblərinə uyğun olmadığı müəyyənləşdirilib. Nöqsan aşkar olunmuş müəssisələrə 119 iradnamə, istehsal və ya satışın qadağan olunması barədə 47 tələbnamə verilib, 43,5 min manat cərimə tətbiq olunub.

Hesabat dövründə həmçinin, SMPDK-in Ərazi Sınaq və Sertifikatlaşdırma idarələri tərəfindən 1 255 müəssisəyə 2 319 sertifikat verilib. Bunlardan 1 180-i istehsal, 1 059-u idxal, 80-i isə məhsul partiyasına verilmiş sertifikatlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR