Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi: “İceland” əmtəə nişanlı dondurmalarını alarkən diqqətli olun!

İqtisadi İnkişaf Nazirliyi: “İceland” əmtəə nişanlı dondurmalarını alarkən diqqətli olun!
# 17 iyun 2010 15:58 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “İceland” əmtəə nişanlı dondurmalar istehsal edən “Camal LTD” şirkətində olan hazır məhsullardan nümunə götürülərək laborator müayinəyə göndərilib.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, laborator müayinə nəticəsində müəssisədə istehsal edilən “Bakılı qız” plombir dondurmasında yağın, saxarozanın və quru maddələrin kütlə payının normadan az, mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, “İceland” plombir dondurmasının və “Çiyələkli” ailəvi dondurmanın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) olduğu, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, “Bakılı qız” plombir dondurmasının və “Oskar” şokoladlı plombir dondurmasının tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, “Don Maximus” fındıqlı və çiyələkli plombir dondurmalarının tərkibində yağın kütlə payının etiket göstəricisindən az, “Joker” vanilli plombir dondurmasının tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, quru maddələrin kütlə payının normadan az olduğu müəyyən edilib.

Bununla əlaqədar olaraq keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərə və ya etiket göstəricilərinə uyğun olmayan 3,4 ton dondurmanın satışı qadağan edilmiş və məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Camal LTD” şirkətinə icrası məcburi göstəriş verilib. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyi üçün müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Camal LTD” şirkətində istehsal edilən “İceland” əmtəə nişanlı dondurmaları almamağı tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR