Bank Of Baku

Mahmud Məmmədquliyev: “Azərbaycan ÜTT-yə üzvlüklə məhsullar üzrə yenilənmiş təkliflərin təqdim olunmasını gözləyir”

Mahmud Məmmədquliyev: “Azərbaycan ÜTT-yə üzvlüklə məhsullar üzrə yenilənmiş təkliflərin təqdim olunmasını gözləyir”
# 18 iyun 2010 11:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı aparılan danışıqlar çərçivəsində xidmətlər üzrə təkliflərini təqdim edib və məhsullar üzrə yenilənmiş təkliflərin təqdim olunmasını gözləyir.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

“Hələlik bizə məhsullar üzrə yenilənmiş təkliflər təqdim olunmayıb. Onlar təqdim olunandan sonra nəsə demək olar. Bizim əsas vəzifəmiz məhsullar üzrə təkliflər üzərindəki işləri yekunlaşdırıb təqdim etməkdir ki, ikitərəfli danışıqlara başlaya bilək” – deyə M.Məmmədquliyev qeyd edib.

O, Azərbaycanın xidmətlər üzrə təkliflərini təqdim etdiyini də xatırladıb: “Əgər ölkələr istəsələr, biz onlarla xidmətlər üzrə ayrıca danışıqlar apara bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR