Bank Of Baku

Sabirabadda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Sabirabadda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 18 iyun 2010 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqstiadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda Sabirabad rayonunda tədbir keçirib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 350-dək sahibkar iştirak edib.

Tədbir zamanı SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması mövzusunda təqdimatla çıxış edərək bildirib ki, «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na uyğun olaraq SKMF tərəfindən elan edilmiş müasir standartlara cavab verən ətlik istiqamətli quşçuluq (o cümlədən, damazlıq broyler) təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə güzəştli qaydada maliyyələşdiriləcək layihələrlə bağlı investisiya təkliflərinin qəbulu başa çatıb və həyata keçiriləcək layihələr regionların inkişafında əhəmiyyətli olacaq.

Ş.Abdullayev keçirilən tədbirin Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətdən zərər çəkmiş rayonlarda fəaliyyət göstərən sahibkarlara dəstək tədbiri olduğunu da vurğulayıb.

Bununla yanaşı, tədbir çərçivəsində SKMF-ın güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmış, sahibkarlara güzəştli kreditlərin alınması proseduru və Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər və digər məlumat xarakterli materiallar təqdim edilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Sabirabad və ətraf rayonlarda fəaliyyət göstərən 34 sahibkarlıq subyektinə 2 mln. manatadək güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 94 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR