Bank Of Baku

Abşeron çimərliklərindəki ticarət obyektlərində yararsız sərinləşdirici içkilər aşkarlanıb

Abşeron çimərliklərindəki ticarət obyektlərində yararsız sərinləşdirici içkilər aşkarlanıb
# 18 iyun 2010 15:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sərinləşdirici içkilər və dondurmaların keyfiyyətinə nəzarət məqsədilə yoxlamalar keçirib.

İqtisadi İnkişaf Nazirliyindən (İİN) «APA-Economics»ə verilən məlumata görə, yoxlamalar zamanı Şıx çimərliyi ərazisində fəaliyyət göstərən «Dostluq» restoranında və Novxanı çimərliyi ərazisində fəaliyyət göstərən «Sahil» kafesində saxlama müddəti ötmüş və etiketlənməsi normativ sənədlərin tələblərinə uyğun olmayan sərinləşdirici içkilər aşkar olunu,, satışdan çıxarılaraq qanuna müvafiq qaydada məhv edilib. Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində bcz İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR