Bank Of Baku

Azərbaycan əhaləsi aylıq ticarət məsrəflərini adambaşına 11% artırıb

Azərbaycan əhaləsi aylıq ticarət məsrəflərini adambaşına 11% artırıb
# 21 iyun 2010 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın ticarət şəbəkəsindən hər bir ölkə sakini hər ay orta hesabla 116 manatlıq və ya 2009-cu ilin eyni dövrü ilə müqayisədə 11,3 manat və ya 10,8% çox müxtəlif istehlak malları alıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu artım ticarət müəssisələrində 8,6 manat, bazar və yarmarkalarda 2,7 manat təşkil edib.

Bununla yanaşı, 2010-cu ilin yanvar-may aylarında əhaliyə satılmış ərzaq mallarının həcmi 7,3% artaraq 3,409 mlrd. manat, qeyri-ərzaq mallarının həcmi isə 11% artaraq 1 763,7 mln. manat olub.

Hesabat dövründə hər ay orta hesabla adambaşına satılmış ərzaq mallarının həcmi 76,5 manata, qeyri-ərzaq mallarının həcmi 39,5 manata çataraq, əvvəlki ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 10,4% və 11,6% üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR