Bank Of Baku

Azərbaycanda istehlak mallarının satış həcmi yanvar-may aylarında 9% artıb

Azərbaycanda istehlak mallarının satış həcmi yanvar-may aylarında 9% artıb
# 21 iyun 2010 12:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda 6 815,1 mln. manatlıq və ya 2009-cu ilin müvafiq dövründəkindən 8,7% çox geniş çeşidli istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 72,3%-i ticarət fəaliyyətinin, 27,7%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib.

Ticarət və xidmət fəaliyyəti üzrə ümumi artımın 89,6%-i özəl müəssisələr hesabına əldə edilib, bu müəssisələr tərəfindən əhaliyə 6 313,4 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Hesabat dövründə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub. Belə ki, ticarət və xidmət şəbəkələrində hər bir ölkə sakini hər ay orta hesabla 152,9 manatlıq müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib. Adambaşına düşən əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin 141,6 manatı (92,6%-i) özəl müəssisələrdə reallaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR