Bank Of Baku

Saxlama müddəti ötmüş 361 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 361 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 21 iyun 2010 16:49 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti yoxlamalar həyata keçirib.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, yoxlamalar zamanı Bakının Səbail rayonunda Salyan şosesi, Şıx çimərliyi ərazisində yerləşən “Dostluq” restoranında, Yasamal rayonunda H.Aslanov küçəsi, ev 2, dalan 3 ünvanında Esmira Əliyevaya məxsus mağazada, Ə.Ələkbərov küçəsi 12A, mənzil 1 ünvanında Rəfayel Efendiyevə məxsus mağazada, Xətai rayonunda 4-cü dairəvi ünvanında Əjdər Səttar oğluna məxsus mağazada, 4-cü dairəvi, ev 10 ünvanında Nəsir Lətifova məxsus mağazada, H.Aslanov qəsəbəsi, ev 19 ünvanında Vəsiqə İsmayılovaya məxsus mağazada, H.Aslanov qəsəbəsi, Abasov küçəsi 4 ünvanında Südabə Ağayarovaya məxsus mağazada, S.Hümbətov küçəsi, 5-ci dairəvi ünvanında Tural Şirinova məxsus mağazada, K.Kərimov küçəsi, ev 3 ünvanında yerləşən “Hikmət market”də, Nobel prospekti, 7-ci dairəvi ünvanında yerləşən “Orxan market”də, Sumqayıt şəhərində Corat qəsəbəsi, Sarı-Qaya Arası, Novxanı çimərliyi ərazisində yerləşən “Sahil” kafesində, Tovuz rayonunda Aşağı Ayıblı kəndində yerləşən “Moskva market”də, Aşağı Ayıblı kəndində Ceyhun Vəliyevə məxsus mağazada, Füzuli rayonunda Horadiz şəhərində yerləşən “Elçin market”də, Mingəçevir şəhərində 20 Yanvar küçəsində yerləşən “Sahibkar” ərzaq mağazasında, Xaçmaz rayonunda Nərəcan kəndində Vəlyulla Xəlilova məxsus mağazada, Gəncə şəhərində M.Bağırov küçəsində Məzahir Hüseynova məxsus mağazada, Goranboy rayonunda R.Əliyev küçəsində Mahir Yusifova məxsus mağazada ümumi çəkisi 361 kq olan saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, süd və süd məhsulları, yağlar, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, tamlı məhsullar, sərinləşdirici içkilər, alkoqollu içkilər və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR