Bank Of Baku

Qəbələdə insan sağlamlığı üçün təhlükəli olan qida məhsulları məhv edilib

Qəbələdə insan sağlamlığı üçün təhlükəli olan qida məhsulları məhv edilib
# 21 iyun 2010 16:57 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Qəbələ rayonunda vaxtı ötmüş və insan sağlamlığı üçün təhlükəli olan qida məhsulları aşkar olunaraq məhv edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Qəbələ rayon İcra Hakimiyyətində yaradılmış istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət üzrə ictimai komissiya rayonda satılan malların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarəti gücləndirmək, vaxtı ötmüş qida məhsullarını dövriyyədən çıxarmaq və süni qiymət artımının qarşısını almaq məqsədilə reydlər keçirib.

Obyektlərə baxış zamanı insan həyatına və sağlamlığına təhlükə yaradan, normativ sənədlərə uyğun gəlməyən 15 kq ət və konserv məhsulları, 10 ədəd müxtəlif qablaşdırmalarda olan süd məhsulları, 35 kq un məhsulları, 97 ədəd müxtəlif çeşiddə qənnadı məlumatları, 17 ədəd uşaq qidaları, 66 ədəd alkoqolsuz içkilər və meyvə şirələri, 35 ədəd şüşə qablarda pivə içkisi aşkar edilərək götürülüb. İnsan sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilən və ümumi dəyəri 1430 manat olan bu məhsullar dövriyyədən çıxarılıb və iyunun 21-də xüsusi yerdə komissiya və ictimaiyyət nümayəndələrinin iştirakı ilə məhv edilib.

Qeyd edək ki, rayonda satılan malların qiymətinə və keyfiyyətinə nəzarət məqsədilə yaradılan komissiyanın tərkibinə dövlət idarələrinin və QHT-lərin 14 nümayəndəsi cəlb olunub. Reydlərin nəticəsi barədə ictimaiyyət arasında maarifləndirmə işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR