Bank Of Baku

Azərbaycanda ən böyük dondurma istehsalçılarından birinin 19 ton hazır məhsulu satışdan çıxarılıb

Azərbaycanda ən böyük dondurma istehsalçılarından birinin 19 ton hazır məhsulu satışdan çıxarılıb
# 22 iyun 2010 08:15 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aparılan yoxlama zamanı müəssisədə istehsal edilən istehsal edilən “Flaminqo”, “Oazis”, “Oreşek”, “Çornoye zoloto”, “Lipetskiy”, “Maqnat”, “Komandor”, “Daşa”, “Belıe noçi”, “Mitya”, “Boqatır”, “Perezaqruzka”, “Plombir”, “Lubimım”, “Piramida”, “Lakomka”, “Maqnuliya”, “Beloçka”, “Snequroçka”, “Cornella”, “Zimaletta”, “Sfinks”, “Anata”, “Ptiçye moloko”, “Futik”, “Vernisaj”, “Oryol”, “Aysberq”, “Klimanka”, “Zimuşka-Zima” adlı dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, istehsal olunan dondurmaların uyğunluq sertifikatının olmadığı, dondurmaların qablaşdırılmasında istifadə edilən vaflilərin yararlıq müddətinin göstərilmədiyi aşkarlanıb.

Bununla əlaqədar müəssisənin anbarında olan 19,3 ton hazır məhsulun satışı dayandırılıb. Bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə firmaya göstəriş verilib, müəssisənin anbarında olan südlü, qaymaqlı və plombir dondurmaların hərəsindən bir çeşid məhsuldan nümunə götürülərək laborator müayinəyə göndərilib.

Yoxlamalar zamanı həmçinin, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 5,6 ton bükmə materialı istifadədən çıxarılıb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti araşdırmalarını davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR