Bank Of Baku

İslam Konfransı Təşkilatı ölkələri Bakıda ticarətin gücləndirilməsi üçün Yol Xəritəsinin hazırlanmasını müzakirə edir

İslam Konfransı Təşkilatı ölkələri Bakıda ticarətin gücləndirilməsi üçün Yol Xəritəsinin hazırlanmasını müzakirə edir
# 22 iyun 2010 08:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda kənd təsərrüfatının maliyyələşdirilməsində yeni meyllər və İslam Konfransı Təşkilatının üzv ölkələri arasında ticarətin gücləndirilməsi üçün yol xəritəsinin hazırlanması müzakirə olunur.

«APA-Economics»in məlumatına görə, Bakıda keçirilən İslam İnkişaf Bankı (IDB) Direktorlar Şurasının 35-ci illik toplantısı çərçivəsində bu gün Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyasının «Kənd Təsərrüfatının maliyyələşdirilməsində yeni meyllər» seminarı, «İslam Konfransı Təşkilatının üzv ölkələri arasında ticarətin gücləndirilməsi üçün Yol Xəritəsinin hazırlanması»na dair Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ICD – IDB-nin üzvü) iclası, həmçinin «Kənd təsərrüfatının inkişafı üzrə infrastrukturun gücləndirilməsində İslam ölkələrindən olan Podratçıların rolu» mövzusunda İslam ölkələrindən olan Podratçılar Federasiyasının seminarı keçirilir.

Bundan başqa, bu gün İslam Ölkələrindən olan Müşavirlər Federasiyasının «Biznes konsaltinqində effektiv əməkdaşlıq» mövzusunda seminar təşkil olunacaq.

Qeyd edək ki, iyunun 23-24-də Bakıda IDB-nin Direktorlar Şurasının 35-ci illik toplantısı keçiriləcək.

Xatırladaq ki, IDB 1975-ci ildən fəaliyyət göstərir. Hazırda Bankın 56 üzvü var, Azərbaycan isə 1992-ci ildən Bankın üzvüdür. Bankda Azərbaycan tərəfdən müdir iqtisadi inkişaf naziri Şahin Mustafayev, alternativ müdir isə maliyyə naziri Samir Şərifovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR