Bank Of Baku

Azərbaycan İslam İnkişaf Bankının Bakı toplantısında xarici investorlar üçün 8 layihənin təqdimatını keçirib

Azərbaycan İslam İnkişaf Bankının Bakı toplantısında xarici investorlar üçün 8 layihənin təqdimatını keçirib
# 22 iyun 2010 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda keçirilən İslam İnkişaf Bankı (IDB) Direktorlar Şurasının 35-ci illik toplantısı çərçivəsində «Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları» mövzusunda iki gün davam edən konfransda Azərbaycan şirkətləri 8 yeni layihənin təqdimatını keçirib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) icraçı direktoru Adil Məmmədov bildirib.

Onun sözlərinə görə, yerli şirkətlər tərəfindən əsasən istehsal sahəsinə dair layihələr təqdim olunub: «Təqdim olunan layihələr xarici investorların marağına səbəb olub».

Qeyd edək ki, «Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları» mövzusunda konfrans sabah işini yekunlaşdıracaq. Tədbirdə 300-dən çox yerli və xarici iş adamı iştirak edir. Sözügedıən tədbir bu gün başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR