Bank Of Baku

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti bu il yeni layihərin icrasına başlayacaq

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti bu il yeni layihərin icrasına başlayacaq
# 22 iyun 2010 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycan İnvestisiya Şirkəti (AIC) və İslam İnkişafı Korporasiyası (ICD) tərəfindən təsis edilən Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (CIIC) bir neçə yeni layihənin icrasına başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu AİŞ-in icraçı direktoru Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, CIIC artıq 2010-cu il ərzində 1-2 yeni layihənin icrasına start verəcək.

Ə.İsayev onu da bildirib ki, hazırda şirkətin nizamnamə kapitalı 38 mln. ABŞ dolları təşkil edir: «Sözügedən vəsait tam yerləşdiriləndən sonra kapitalın artırılması nəzərdə tutulub».

Xatırladaq ki, AIC ilə ICD arasında şəriət prinsipləri əsasında fəaliyyət göstərəcək müştərək investisiya şirkətinin yaradılmasına ilə bağlı qərar 2007-ci ilin noyabr ayında AİŞ-in Müşahidə Şurasının iclasında qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR