Bank Of Baku

IFC və AzMeCo korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcək

IFC və AzMeCo korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcək
# 22 iyun 2010 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan Metanol Şirkəti (AzMeCo) ilə korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcək.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, IFC şirkətin korporativ idarəetmə standartlarını qiymətləndirəcək və onları beynəlxalq qabaqcıl təcrübələrə uyğunlaşdırmaq üçün inkişaf planını hazırlayacaq. Layihəyə İsveçrə hökumətinin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) maliyyə dəstəyi göstərir.

Bununla yanaşı, IFC şirkətin direktorları, menecerləri və əsas səhmdarlarına məsləhətlər verəcək və onlar üçün təlimlər keçirəcək. Korporasiya həmçinin şirkətin sənədlərini nəzərdən keçirməyə, maliyyə hesabatlığı, məlumatın açıqlanması, daxili nəzarət və daxili audit təcrübələrini təkmilləşdirməyə kömək edəcək.

Qeyd edək ki, IFC Azərbaycan Korporativ İdarəetmə Layihəsi vasitəsilə 2005-ci ildən etibarən yerli şirkət və banklara fəaliyyətlərini təkmilləşdirməyə və maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmağa kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR