Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi “AER” şirkətinin dondurmalarını almamağı tövsiyə edir

İqtisadi İnkişaf Nazirliyi “AER” şirkətinin dondurmalarını almamağı tövsiyə edir
# 24 iyun 2010 09:51 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında bildirilir ki, aparılan yoxlamalar zamanı etiketində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərilən 19,3 ton dondurmanın satışı dayandırılıb və 3 çeşiddə hazır məhsuldan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Belıye noçi” qaymaqlı dondurmanın tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox, plastmas qablaşdırmada olan 500 qramlıq plombir dondurmasının tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqa-nizimlərin sayının normadan çox, yağın, saxarozanın və quru maddələrin ümumi kütlə payının isə normadan az, “Nağıl” südlü dondurmanın tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox və bağırsaq çöpü qrupundan olan bakteriyalar olduğu müəyyənləşib.

Bununla əlaqədar müəssisənin anbarında satışı dayandırılmış ümumi çəkisi 4 760 kiloqram olan “Belıye noçi” qaymaqlı, “Nağıl” südlü və plombir dondurmalarının məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “AER” şirkətinə icrası məcburi göstəriş verilib. Bundan başqa, satışı dayandırılmış digər hazır məhsullardan da nümunələr götürülərək laborator müayinəyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR