Bank Of Baku

Tiflisdə Gürcüstan-Avstriya biznes-forumu keçirilib

Tiflisdə Gürcüstan-Avstriya biznes-forumu keçirilib
# 24 iyun 2010 16:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Gürcüstan-Avstriya biznes-forumu keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, biznes-forumda Avstriya və Gürcüstanın qabaqcıl şirkətləri iştirak edərək müxtəlif sahələr üzrə müzakirələr və fikir mübadiləsi aparıblar.

Biznes-forumda Gürcüstanın XİN başçısı Qriqol Vaşadze “Gürcüstan siyasətinin prioritet məsələləri”, baş naziri Nika Gilauri “Gürcüstanda iqtisadiyyatın aspektləri” mövzularında çıxış ediblər. Biznes-forumda iştirak edən Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqer ikitərəfli münasibətlər və iqtisadiyyatın inkişafı barədə fikirlərini Gürcüstan və Avstriyanın iş adamları və jurnalistlərlə bölüşüb.

Gürcüstan-Avstriya Milli İnvestisiya Agentliyinin direktoru İrakli Matkava APA-nın Gürcüstan bürosuna bildirib ki, biznes-forumda 20 Avstriya və 20 Gürcüstan şirkəti iştirak edib: “Biz iqtisadiyyat sahəsində əldə etdiyimiz təcrübələrimizi ətraflı bölüşdük, fikir mübadiləsi apardıq. Avstriya şirkətləri bizə müxtəlif sahələr üzrə maraqlı layihələr təklif etdilər. Baş nazir öz çıxışında forum iştirakçılarına Gürcüstanda iqtisadiyyatın inkişafı üçün böyük imkanların olduğunu dedi. Fikirləşirəm ki, biznes-forumun nəticələri çox yaxşı olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR