Bank Of Baku

Rusiyada gecə saatlarında alkoqol satışı qadağan olunur

Rusiyada gecə saatlarında alkoqol satışı qadağan olunur
# 25 iyun 2010 07:42 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın alkoqol bazarını tənzimləyən dövlət qurumu (“Rosalkoqolrequlirovanie”) hökumətə qanunvericiliyə yeni dəyişikliklər paketi təqdim edib.

APA-Economics”in “Vedomosti”yə istinadən məlumatına görə, qanun layihəsi gecə saatlarında alkoqol içkilərinin satışını qadağan edir.

Maraqlıdır ki, axşam saat 23:00-dan səhər saat 08:00-dək qüvvədə olan qadağalar 5%-lik dərəcədən yuxarı pivələrə də şamil olunacaq. Qadağalar yalnız ictimai iaşə obyektlərində qüvvədə olmayacaq.

Qeyd edək ki, alkoqol satışının məhdudlaşdırılmasını hökumətə Rusiya prezidenti Dmitri Medvedev tövsiyə edib. Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin məlumatına görə, hər il bu ölkədə adambaşına 15,2 litr təmiz alkoqol istehlak olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR