Bank Of Baku

Azərbaycan prezidenti Lənkəranda bir neçə müəssisənin açılışında iştirak edib

Azərbaycan prezidenti Lənkəranda bir neçə müəssisənin açılışında iştirak edib
# 25 iyun 2010 10:51 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, dövlət başçısı Lənkəranın Sütəmurdov kəndi ərazisində “Gilan-Holdinq” Şirkətlər Qrupu tərəfindən inşa olunmuş konserv zavodunun açılışına qatılıb. Prezidentə məlumat verilib ki, ümumi sahəsi 10 ha, tikinti sahəsi 1 ha. olan obyektin inşasına 2008-ci ilin may ayında başlanılıb və işlər 2010-cu ilin martında başa çatdırılıb.

Zavod saatda 30 ton məhsul qəbul etmək gücünə malikdir. Zavodda 5000 litr/saat şüşə xətti, 25 qramlıq Porsion dolum xətti (bütün növ cem və bal qablaşdırmaq üçün), turşu və meyvə şirəsi xətti, 1 ədəd 16 tonluq və 1 ədəd 10 tonluq buxar qazanları və 100 ton/saat su təmizləyici filtrlər quraşdırılıb.

Zavodda ərazisi 1000 m2 , həcmi 4000 m3 və tutumu 2000 ton olan soyuducu anbar quraşdırılıb. Soyuducu anbarda 1 ədəd (-350C), 2 ədəd (-180C) və 6 ədəd (-50C) kamera var. Müəssisədə iş yerlərinin sayı 300, o cümlədən daimi 200 nəfər, mövsümü 100 nəfərdir.

Dövlət başçısı daha sonra Sütəmurdov kəndində “Gilan TEA” çay fabrikinin açılışında iştirak edib. Fabrikin tikintisinə 2009-cu ilin iyun ayında başlanıldığı, 2010-cu ilin mart ayında başa çatdırıldığı bildirilib. Tikinti sahəsi 2000 m2, ümumi sahəsi 1 ha olan fabrik saatda 2.5 ton yaşıl çay yarpağı qəbul etmək gücünə malikdir. Burada iş yerlərinin sayı 60-dır.

Prezident İ. Əliyevin Lənkəran və Lerik rayonlarında daha bir neçə obyektin açılışında iştirak edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR