Bank Of Baku

Bakıda beynəlxalq geyim sərgisi başlayıb - FOTOSESSİYA

Bakıda beynəlxalq geyim sərgisi başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 25 iyun 2010 10:52 (UTC +04:00)
APA-nın məlumatına görə, layihənin əsas təşkilatçısı olan Türkiyənin «Meridyen» sərgi şirkətinin prezidenti Oğuz Yalçın bildirib ki, sərgidə Türkiyənin 40-dan çox geyim şirkətinin məhsulları nümayiş etdirilir. Onun sözlərinə görə, bu sərgi Azərbaycanda ikinci dəfədir təşkil olunur və sərgi böyük marağa səbəb olub: «Sərgidə qadın, kişi və uşaq geyimləri, klassik və idman üslubunda geyimlər nümayiş etdirilir. Bu sərginin Azərbaycanda təşkili çox böyük önəm daşıyır və sərginin uğurlu olacağına əminəm. Bunu deməyə bizə ilk sərgidə qazandığım maraq səbəb olub. Azərbaycanın iş adamlarının bu sərgiyə önəm verəcəyinə ümid edirik».

Sərgidə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Qazi Bilgin bildirib ki, Azərbaycanda bu tipli tədbirlərin keçirilməsi yüksək qiymətləndirilir: «Azərbaycanlı xanımlar və bəylər qədər gözəl geyimi, modanın ən son yeniliklərini, bəzən isə hətta ən ağlasığmaz və cəsur tendensiyaları milli geyim adətləri və şərq ənənələri ilə birləşdirmək bacarığı yəqin ki, çox az xalqa məxsusdur. Ümumiyyətlə, moda və geyim məfhumlarının azərbaycanlılar üçün hər zaman xüsusi önəmi olub. Azərbaycan xalqına maraqlı anlarla dolu üç gün yaşatmaq niyyətindəyik».

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türkiyənin geyim şirkətlərinin Azərbaycanda artıq ikinci dəfə təşkil olunan sərginin işinə uğurlar arzulayıb.

Xatırladaq ki, Heydər Əliyev İdman-Sərgi Kompleksində təşkil olunan «İstanbul Fashion Show» sərgisi iyunun 27-dək davam edəcək. Sərgiyə hər gün saat 10:00-dan 19:00-dək giriş açıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR