Bank Of Baku

Dünyanın ən iri saat istehsalçılarından olan Swatch Group-un rəhbəri vəfat edib

Dünyanın ən iri saat istehsalçılarından olan Swatch Group-un rəhbəri vəfat edib
# 28 iyun 2010 21:58 (UTC +04:00)
Bakı - APA. Saat sənayesinin ən görkəmli nümayəndələrindən biri, dünyanın ən iri saat istehsalçılarından biri olan Swatch Group-un banisi və direktorlar şurasının sədri Nikolya Hayek bazar ertəsi 83 yaşında İsveçrənin Bil şəhərində vəfat edib.

Bu barədə Swatch Group-dan məlumat veriblər.

Nikolya Hayekin varisi onun oğlu, şirkətinin idarə heyətinin sədri inzibati şurasının üzvü Nik Hayek olacaq.

Swatch Group 1983-cü ildə yapon kvars saatlarının daha ucuz və xarici görkəm etibarilə daha cəlbedici olduğu çətin bir dövrdə yaradılıb. Hazırda Swatch dünya saat bazarının 25%-nə nəzarət edir. Breguet, Blancpain, Omega, Tiffany&Co, Longines, Rado, Tissot, Certina, Mido, Swatch və başqa məşhur brendlər məhz bu şirkətə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR