Bakıda Azərbaycan-Suriya hökumətlərarası komissiyasının birinci iclası keçirilir
İclasın açılışında çıxış edən komissiyanın Azərbaycan tərəfdən həmsədri, kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, iclasda ölkələr arasında maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığın istiqamətləri müzakirə olunacaq. İyunun 30-da isə iclasın yekununa dair protokol imzalanacaq.
Komissiyanın Suriya tərəfdən həmsədri, Suriyanın neft və mineral ehtiyatlar naziri Sufian əl-Alao ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Ölkələr arasında 30-dan artıq sənədin imzalandığını deyən suriyalı nazir artıq bu sənədlərdən bəzilərinin təsdiq olunaraq tətbiq edildiyini vurğulayıb.
Suriyalı nazir səfər çərçivəsində Azərbaycan tərəfi ilə gələn ilin ortalarından idxal etmək istədikləri Azərbaycan qazının qiymətini razılaşdıracaqlarını da vurğulayıb.
Hökumətlərarası komissiyanın iclasında qeyd olunub ki, Suriya tərəfi ixrac etmək istədiyi kənd təsərrüfatı məhsullarının siyahısını Azərbaycan tərəfinə təqdim edəcək. Eyni zamanda Azərbaycan sahibkarları ilə Suriya iqtisadiyyatına investisiya yatırılması üçün görüşlərin keçirilməsinə çalışacaqlar.
İclası çərçivəsində tərəflər Azərbaycan və Suriya hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında sazişin layihəsinin hazırlanması və razılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadilələrinin təşkili, hər iki ölkənin neft-qaz sektorunda birgə müəssisələrin yaradılması, suriyalı neft-qaz mütəxəssislərinə Azərbaycanda treninqlərin keçirilməsi, elm və təhsil, səhiyyə sahəsində əməkdaşlığın qurulması və əlaqələrin genişləndirilməsi, turizm şirkətləri arasında əlaqələrin qurulması və info-turların təşkili, Bakı-Dəməşq aviareysinin açılması və s. məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Suriya tərəfdən hökumətlərarası komissiyanın üzvləri bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşü, həmçinin Heydər Əliyev Fondunun muzeyində olması planlaşdırılır.
Sahibkarlıq
Khalid Khalafalla: Özəl Sektor Forumunda əldə olunan razılaşmalar əməkdaşlıq imkanlarını genişləndirdi
İslam İnkişaf Bankı Qrupunun sədri: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub - FOTO
Xəbər Lenti
Qətərdə mayeləşdirilmiş təbii qaz zavodunda partlayış baş verib
Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb
Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək
ABŞ İranın “Hizbullah”ı İsrailə hücumları dayandırmağa razı salmasını istəyir
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətləri icraata qəbul edib
KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir - YENİLƏNİB
“Qarabağ” DÇ-2026-nın iştirakçısı olan qapıçını transfer edib
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
İsrail ordusu Livanda döyüşlərin yenidən başlaya biləcəyini açıqlayıb
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
Uolts: ABŞ İranın neft gəlirlərinin necə xərclənəcəyinə nəzarət etmək istəyir
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - YENİLƏNİB-1
ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 İsrail vətəndaşı ölüb
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
ABŞ Prezidenti: Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq, İranla ilk görüşdə ciddi irəliləyiş əldə olunub - YENİLƏNİB
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub
İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb
Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur - VİDEO
Sabah yağış yağacaq
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycana yay fəsli daxil olub
İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
İordaniya Kralı Azərbaycana səfərə dəvət edilib
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb - YENİLƏNİB
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir
Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB
DÇ-2026: Yaponiya Tunisi darmadağın edib
Ukrayna Ordusu Kerç yarımadasına zərbə endirib, 4 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB
KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək
Gəncədə evdən meyit tapılıb
ABŞ İranla danışıqları təhlükəyə atmamaq üçün İsrailə təzyiq göstərir