Bank Of Baku

Avqustda İstanbulda Hindistan-Türkiyə-MDB biznes-forumu keçiriləcək

Avqustda İstanbulda Hindistan-Türkiyə-MDB biznes-forumu keçiriləcək
# 29 iyun 2010 11:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının 24-25-də İstanbulda (Türkiyə) Hindistan-Türkiyə-MDB biznes-forumu keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından «APA-Economics»ə verilən məlumata görə, tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli biznes-forumda müxtəlif mövzulara dair müzakirələr aparılacaq.

Bununla yanaşı, tədbir çərçivəsində biznes fəaliyyətinə dövlət dəstəyi mövzusuna həsr olunmuş dəyirmi masa, müxtəlif sahələrdə aparıcı şirkətlərin rəhbərləri ilə biznes əlaqələrinin qurulmasına dair xüsusi görüşlər, bu regionlara investisiyanın yatırılmasına dair sessiya, regionun 300-dən çox potensial investor, alıcı, maliyyə təşkilatı və investisiyanın təşviqi agentlikləri ilə şəbəkənin yaradılması məsələsinə dair müzakirələr, regionda investisiya imkanlarının araşdırılması, öz biznesini inkişaf etdirmək məqsədilə qabaqcıl şirkət rəhbərləri ilə görüşlər, üçüncü ölkədə layihələr həyata keçirmək məqsədilə birgə əməkdaşlıq imkanlarının araşdırılması keçiriləcək.

Forumda əsasən infrastruktur, kənd təsərrüfatı, səhiyyə, informasiya texnologiyaları və telekommunikasiya, qiymətli daşlar və zərgərlik məmulatları, turizm, əyləncə və kino, tekstil, energetika, logistika, bank işi və maliyyə, uzunmüddətli istifadə malları və bu kimi sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı gözlənilir.

Qeyd edək ki, sözügedən tədbir Hindistan Ticarət və Sənaye Palataları Federasiyası tərəfindən təşkil olunacaq və Hindistan Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir. Forumda Azərbaycan, Hindistan, Türkiyə, Ermənistan, Belarus, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan və Moldovanın iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR