Bank Of Baku

Saxlama müddəti ötmüş 120 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 120 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 29 iyun 2010 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda F.Ağayev küçəsi, 558-ci məhəllədə yerləşən «Fateh market»də, Ə.Ələsgərov küçəsi, ev 546, mənzil 2 ünvanında İbad Əhmədova məxsus mağazada, Göygöl rayonunda A.Kazımov küçəsində yerləşən «Təranə 545 market»də, Bərdə rayonunda Bakı küçəsində yerləşən «Okean market»də, Xaçmaz rayonunda M.Qudyalçaylı küçəsində Qalib Quliyevə məxsus mağazada, Gəncə şəhərində Ü.Hacıbəyov küçəsində Əhməd Məmmədova məxsus mağazada ümumi çəkisi 120 kq olan saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, süd və süd məhsulları, un məmulatları, yağlar, sərinləşdirici içkilər, alkoqollu içkilər, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR