Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyası seldən zərər çəkmiş iş adamlarına yardım olunmasını təklif edib

Azərbaycan Sahibkarlar Konfederasiyası seldən zərər çəkmiş iş adamlarına yardım olunmasını təklif edib
# 30 iyun 2010 15:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) sel daşqınları nəticəsində zərər çəkmiş ərazilərdə sahibkarlara yardımların göstərilməsi üçün müvafiq qurumlara müraciət edib.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.

M.Musayevin sözlərinə görə, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün bu gün güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Eyni zamanda dövlət sığorta təşkilatlarına sel nəticəsində sahibkarlara dəyən zərərləri qarşılamaq üçün müəyyən imkanlar yaradıb. Həmçinin bu ərazilərdə əkin əkmiş fermerlərə dövlət büdcəsindən subsidiyaların verilməsi nəzərdə tutulur.

ASK prezidenti onu da bildirib ki, Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondu (İFAD) tərəfindən artıq Azərbaycanda həyata keçiriləcək «Şimal-Qərb investisiya layihəsi» təsdiqlənib və bu layihə çərçivəsində iyul ayından sahibkarlara kreditlərin verilməsinə başlanacaq. Bu layihə Gəncə və Gəncə ətrafı rayonları əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR