Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin iclası keçirilib
# 30 iyun 2010 15:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (ASK) Rəyasət Heyətinin toplantısı keçirilib. «APA-Economics»in məlumatına görə, toplantıda ASK-nın 2010-cu ilin birinci yarısında fəaliyyətinin yekunlarına dair hesabatı dinlənilib. Daha sonra Konfederasiyanın beynəlxalq əlaqələrinin yaxşılaşdırılması sahəsində görülmüş işlər, üzvlük haqlarının yığılmasının vəziyyəti və s. məsələlərlə bağlı məruzələr dinlənilib.

Toplantıda həmçinin, İqtisadi İnkişaf Nazirliyinin dəstəyiilə yaradılmış www.b2b.az online ticarət saytının təqdimatı keçirilib. Qeyd olunub ki, sahibkarlar bu veb-sayt vasitəsi ilə öz məhsullarını sata və ya istədikləri məhsulları əldə edə bilərlər.

Cari ilin ötən dövründə ASK-nın fəaliyyətini qiymətləndirən konfederasiyanın prezidenti Məmməd Musayev bildirib ki, hesabat dövründə sahibkarlığın inkişafı müşahidə olunub və müsbət nəticələr əldə edilib. ASK beynəlxalq əməkdaşlıq sahəsində bir sıra uğurlar qazanıb, həmçinin hökumət, ASK və Həmkarlar İttifaqı arasında imzalanmış Baş Sazişin müdəaları yerinə yetirilib.

M.Musayev onu da vurğulayıb ki, Rəyasət Heyətinin iclasında ilk dəfə olaraq iqtisadi inkişaf nazirinin müavini də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR