Bank Of Baku

Azərbaycanda daha 3 ASC-nin səhmləri satılıb

Azərbaycanda daha 3 ASC-nin səhmləri satılıb
# 01 iyul 2010 07:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İyunun 22-də Azərbaycanda keçirilmiş 568-ci pul hərracında 3 səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Səhmləri satılan cəmiyyətlər «Dəliməmmədli Kəndkimyatəchizat», «Azərtəmirtikinti» və «Masallı Çay-2» müəssisələridir.

Səhmləri satışa çıxarılmış 3 müəssisənin ümumi nizamnamə kapitalı 611 259,8 manat, buraxılmış səhmlərinin ümumi sayı 305 629 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. Hərraca ümumi nominal dəyəri 118 364 manat, ilkin hərrac qiyməti 59 183 manat təşkil edən 59 182 səhm çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiymətinə olmaqla satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR