Bank Of Baku

Saxlama müddəti ötmüş 150 kq ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 150 kq ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 01 iyul 2010 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda 8-ci Köndələn, 1-ci eninə küçəsində «Sabina PŞC» MMC-yə məxsus anbarda, Yasamal rayonunda M.Rahim küçəsi, ev D, 528-ci məhəllədə yerləşən «Nur market»də, M.Müşfiq küçəsi, ev 15/17 ünvanında yerləşən «Cavid market»də, Abşeron rayonunda Novxanı qəsəbəsində yerləşən «Dalğa market»də, Novxanı qəsəbəsində yerləşən «Sunset» restoranında, Novxanı kəndi, dəniz kənarında yerləşən «Həyat market»də, Sumqayıt şəhərində dəniz kənarında yerləşən «Flaqman» restoranında, Corat bağları ünvanında yerləşən «Ləpədöyən market»də, Sarı qaya ərazisində, 970 saylı bağ ünvanında yerləşən «Ulduz market»də, Novxanı yolunda yerləşən «Neptun» istirahət mərkəzində, Novxanı şosesində yerləşən «Orxan» kafesində, Şəkidə Sarabski küçəsində yerləşən «Həsən market»də, Ağdam rayonunda Quzanlı qəsəbəsində Hicran Məmmədovaya məxsus mağazada ümumi çəkisi 150 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq və qeyri-ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, alkoqollu içkilər, uşaq yeməkləri, ətriyyat-kosmetika malları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR