Bank Of Baku

Yuri Lujkov Rusiya əhalisini Moldova məhsullarını boykot etməyə çağırıb

Yuri Lujkov Rusiya əhalisini Moldova məhsullarını boykot etməyə çağırıb
# 01 iyul 2010 13:57 (UTC +04:00)
Bakı - APA-Economics. Moskva meri Yuri Lujkov Rusiya əhalisini Moldovada istehsal edilmiş məhsulları boykot etməyə çağırıb.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, Lujkov təklifini 29 iyun tarixinin “Sovet işğalı günü” elan olunmasına cavab addımı olaraq irəli sürüb.

“Moldovanı idarə edənlər öz vəhşi qərarlarını ləğv etməyənə və Moldova ilə Rusiyanın vətəndaşlarından üzr istəməyənə qədər boykot davam etməlidir” - deyə Moskva meri bildirib.

Lujkov Moldova hökumətinin bu qərarını Rusiyaya qarşı aşkar düşmənçilik kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR