Bank Of Baku

Sumqayıtdakı “İntertekstil” ASC-də aparılan yenidənqurma işləri yekunlaşıb

Sumqayıtdakı “İntertekstil” ASC-də aparılan yenidənqurma işləri yekunlaşıb
# 02 iyul 2010 07:36 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Sumqayıt şəhərindəki Üst Trikotaj Fabriki bazasında yaradılan “İntertekstil” ASC-də aparılan yenidənqurma işləri yekunlaşıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Müəssisənin istehsal korpusu yenidən qurulub. Korpusda müasir texnoligiyaya malik yeni pambıq iplik əyirici avadanlıqlar quraşdırılıb, sazlama işləri başa çatdırılıb. Avadanlıqların sutkalıq gücü 15-16 ton pambıq iplikdir. Quraşdırılmış avadanlıqlar əsasən Almaniya, İngiltərə və İtaliya istehsalıdır. Müəssisədə kompressor qurğusunun yerləşdirilməsi üçün əlavə yer, yeni xammal qəbulu və hazır məhsul anbarı, yeni elektrik transformator stansiyası, qazanxana tikilib. İstehsal korpusunun fasad hissəsi alkopan materialı ilə üzlənib, kommunikasiya xətləri yenilənib. Müəssisənin daxili hissəsində abadlaşdırma işlərinə başlanılıb, əraziyə asfalt örtüyü salınıb.

Hazırda müəssisədə qazanxana üçün alınan avadanlıqların quraşdırılmasına başlanılıb. Əsas istehsal sahəsinin yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR