Bank Of Baku

Azərbaycan paytaxtında 6 minə yaxın pirat DVD disklər məhv edilib

Azərbaycan paytaxtında 6 minə yaxın pirat DVD disklər məhv edilib
# 02 iyul 2010 12:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtında 6 minə yaxın pirat DVD disklər satışdan çıxarılaraq məhv edilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, audiovizual sənaye məhsullarının satışı zamanı haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə daxil olmuş şikayət əsasında Nazirlk yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi,5 ünvanında Jenhuy Jenqa (Zhenhui Zheng) məxsus «Hong Kong» mağazasında aparılan yoxlama zamanı aşkar edilmiş 5,7 min ədəd pirat DVD diskləri satışdan çıxarılıb, sahibkar J.Jenq barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Pirat DVD məhsulları satmaqla istehlakçıları çaşdırdığına və haqsız rəqabətə yol verdiyinə görə sahibkar J.Jenqa 1,6 min manat maliyyə sanksiyası tətbiq olunub, satışdan çıxarılmış 5,7 min ədəd pirat DVD disklər isə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR