Bank Of Baku

Azərbaycanda «Dondurma» dövlət standartına dəyişiklik edilib

Azərbaycanda «Dondurma» dövlət standartına dəyişiklik edilib
# 05 iyul 2010 07:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 228-2006 «Dondurma» dövlət standartına dəyişikliklər edib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, dəyişikliklərə əsasən məhsulun saxlanma müddətinin artırılmasını şərtləndirən konservantlar, emulqatorlar, eləcə də digər əlavə və qatqılar tətbiq edilmədən istehsal olunan dondurmaların saxlama müddəti -180 C-dən yüksək olmayan tempraturda («Südlü» – 1 ay, «Qaymaqlı» – 1,5 ay, «Plombir» – 2 ay, «Pirojnalar, tortlar və kekslər» – 15 gün, «Meyvəli-giləmeyvəli və aromatik» isə 1,5 ay) müəyyənləşdirilib.

Bundan başqa, dəyişikliyə əsasən, məhsulların istehsalında beynəlxalq təcrübəyə əsaslanan müasir texnologiyalardan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilmiş konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi (18 ± 2)0 C-dən yüksək olmayan temperaturda ən çoxu 10 ay, həmin dondurmalardan hazırlanan tortlar, kekslər və pirojnalar mənfi (18 ± 2)0 C-dən yüksək olmayan temperaturda ən çoxu 6 ay saxlanıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR