Bank Of Baku

Saxlama müddəti ötmüş 437 ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 437 ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 05 iyul 2010 13:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, 4042/60, ev 6 ünvanında Müşərrəf İbrahimovaya məxsus mağazada, C.Qurbanov küçəsi, 14 ünvanında Mikayıl Əliyevə məxsus mağazada, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, ev 47 ünvanında Məmməd İsmayılova məxsus mağazada, Binəqədi rayonunda Z.Bünyadov küçəsi, 3097-ci məhəllədə yerləşən «Oazis» restoranında, Sumqayıt şəhərində Novxanı yolunda Fikrət Əliyevə məxsus mağazada, Novxanı-Sumqayıt yolunda yerləşən «Ulduz ərzaq market»də, Novxanı-Sumqayıt yolunda Mübariz Həsənova məxsus mağazada, Novxanı bağları ərazisində Mikayıl Hüseynova məxsus mağazada, Corat qəsəbəsində yerləşən «Narın Qala» kafesində, Şəki şəhərində N.Nərimanov prospektində yerləşən «Araz Market»də, Tovuz rayonunda H.Əliyev prospektində yerləşən «Target Supermarket»də, Yurik Məmmədova məxsus mağazada ümumi çəkisi 437 kiloqram olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR