Bank Of Baku

Bakıda «Öz məhsullarınızı Avropa Birliyinə necə ixrac edə bilərsiniz» mövzusunda seminar keçirilib

Bakıda «Öz məhsullarınızı Avropa Birliyinə necə ixrac edə bilərsiniz» mövzusunda seminar keçirilib
# 05 iyul 2010 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Avropa İttifaqının (Aİ) və Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə «Öz məhsullarınızı Avropa Birliyinə necə ixrac edə bilərsiniz» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Aİ ilə Azərbaycan arasındakı ticarət əlaqələri, Azərbaycanın ticarət imkanları barədə məlumat verən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev qeyd edib ki, Aİ bazarı dünyanın ən böyük bazarlarından biridir və Azərbaycanın xarici ticarət dövriyyəsində böyük xüsusi çəkiyə malikdir: «Ötən ilin yanvar ayından etibarən Azərbaycan Aİ-nin «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramına («GSP+») qoşulub. Ölkəmizin bu proqrama daxil edilməsi Azərbaycan üçün təqribən 7 200 mal mövqeyi üzrə Aİ bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır ki, bu da Azərbaycanın ixrac potensialının genişləndirilməsi və ixracın strukturunun diversifikasiyası baxımından əhəmiyyətlidir».

Ötən ildən indiyədək «GSP+» proqramı ilə bağlı sahibkarların məlumatlandırılmasına dair «Azərbaycan sahibkarlarının Aİ-yə güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda Bakı və Azərbaycanın digər bölgələrində 8 seminar keçirildiyini bildirən S.Vəliyev həmçinin qeyd edib ki, analoji tədbirlər gələcəkdə də davam etdiriləcək.

Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəsi Manfredas Limantas Aİ ilə Azərbaycan arasındakı ticarət əlaqələri, Aİ-yə idxal rejimi, həmçinin «GSP+» proqramının əhəmiyyətindən danışıb və bildirib ki, analoji tədbir iyulun 6-da Gəncədə keçiriləcək.

Qeyd edək ki, «GSP+» layihənin əsas məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişafına dəstək olmaq və ölkənin ixrac potensialını artırmaqdır. Bu proqram vasitəsilə Azərbaycan sahibkarları məhsullarını Avropa İttifaqı ölkələrinə aşağı faiz dərəcələri ilə, həmçinin 0% dərəcəsi ilə ixrac etmək imkanı əldə edə bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR