Bank Of Baku

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev: “Azərbaycanda gömrük tariflərinin artırılması məsələsi müzakirə edilmir”

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev: “Azərbaycanda gömrük tariflərinin artırılması məsələsi müzakirə edilmir”
# 06 iyul 2010 11:05 (UTC +04:00)
Hazırda bizim elə bir təklifimiz yoxdur, hökumətdə d bu məsələyə baxılmır”.APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev verib. O, qlobal maliyyə böhranından sonra ötən illə müqayisədə bu ilin 5 ayında idxalın həcminin 100 min ABŞ dolları artdığını vurğulayıb: “Əslində, bunu artım hesab etmək olmaz. Bu o deməkdir ki, idxal ötən ilin səviyyəsində qalıb və biz ümid hissi ilə baxırıq ki, böhranın nəticələri getdikcə azalacaq”.

A. Əliyev onu da bildirib ki, gömrük keçid məntəqələrində təmir işləri davam etdirilir və artıq Sınıq Körpü, Samux, Balakən və Astara keçid məntəqələrində yaxın vaxtlarda təmir işləri başa çatacaq: “Artıq Azərbaycanın gömrük sahəsində bir pəncərə sistemi tətbiq olunur. Bu sistem özünü doğruldub, bu bir sıra ölkələrdə tətbiq olunan bir pəncərə sisteminə maraq böyükdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR