Bank Of Baku

«Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı» mövzusunda tədbir keçirilib

«Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı» mövzusunda tədbir keçirilib
# 06 iyul 2010 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Gəncədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin (İİN), Avropa Komissiyasının Ticarət Departamentinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə «Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı» mövzusunda tədbir keçirilib.

İİN-dən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, Avropa İttifaqının Ticarət Departamentinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, həmçinin Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkə prezidenti İlham Əliyevin regionların inkişafına böyük önəm verdiyini vurğulayıb, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, ölkədə böyük inamla davam etdirilən kompleks islahatların məntiqi nəticəsi olaraq sürətli iqtisadi inkişaf tempi qorunub saxlanılıb, iqtisadiyyatın bütün sahələri üzrə artıma nail olunub.

Tədbirin keçirilməsində əsas məqsəd sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, eləcə də qeyri-neft məhsullarının istehsalı və ixracı imkanlarının müzakirə edilməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR