Bank Of Baku

Qubada «Azərbaycanın ÜTT-yə üzvlüyü və özəl sektor» mövzusunda seminar keçirilib

Qubada «Azərbaycanın ÜTT-yə üzvlüyü və özəl sektor» mövzusunda seminar keçirilib
# 06 iyul 2010 15:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramı çərçivəsində Qubada sahibkarlar üçün «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü və özəl sektor» mövzusunda seminar keçirilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin və müvafiq dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak edib.

Seminarda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdir müavini Xəzər Bəşirov, USAİD-in nümayəndəsi və ekspertlər ÜTT-yə üzvlük prosesi, üzvlüyün Azərbaycana təsirləri və sahibkarların vəzifələri haqqında məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR