Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Almaniyada səfərdə olub

Azərbaycan nümayəndə heyəti Almaniyada səfərdə olub
# 09 iyul 2010 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı ilə Azərbaycanın nümayəndə heyəti Almaniyada səfərdə olub.

GTZ-dən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Turizm İnstitutu və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəsmiləri daxil olub.

Doqquz gün davam edən səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Almaniyanın turizm infrastrukturu və turizm sənayesi sahəsində qazanılmış təcrübəsi ilə tanış olub, bir sıra istehsalat obyektlərini ziyarət edib.

Səfərin məqsədi Azərbaycan və Almaniya turizm və turizm infrastrukturu sektorları, həmçinin mühüm ictimai qurumları arasında yeniliklərin mübadiləsinə imkan yaratmaqdan, bu sahədə təcrübə mübadiləsinin aparılması, Azərbaycanın qeyri-neft sektorunun, o cümlədən turizm sahəsinə xarici investisiyaların cəlb edilməsindən ibarət olub.

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyətinə dövlət rəsmiləri ilə yanaşı, Bakı, Lənkaran və Zaqataladan 12 sahibkar da daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR