Bank Of Baku

Bu il Azərbaycanın ticarət şəbəkəsindən 735 tondan artıq yararsız məhsullar satışdan çıxarılıb

Bu il Azərbaycanın ticarət şəbəkəsindən 735 tondan artıq yararsız məhsullar satışdan çıxarılıb
# 09 iyul 2010 12:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə uyğun etiketlənməmiş 735,9 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məhsulların 148,3 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 523,8 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb və 33,5 tonu ilə bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa, yanvar-iyun ayları ərzində qeyd edilən səbəblərdən 299,1 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 12,7 tonu məhv edilib, 218,1 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 68,3 tonu ilə bağlı araşdırmalar davam etdirilir.

Hesabat dövründə qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ümumilikdə 762 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 1 137,9 min manat məbləğində cərimə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR