Bank Of Baku

Şəkidə «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» mövzusunda konfrans keçirilib

Şəkidə «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» mövzusunda konfrans keçirilib
# 09 iyul 2010 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Şəkidə «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, konfransda dövlət qurumları və ictimai təşkilatların nümayəndələri, həmçinin Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 250-yə yaxın sahibkar iştirak edib.

Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev qeyd edib ki, iqtisadiyyatın inkişafı, əhalinin gəlirlərinin yüksəlməsi insanların müxtəlif mallara, xidmətlərə olan tələbatını da artırıb, istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməsinə gətirib çıxarıb, istehlakçıların hüquqlarının müdafiəsi ölkədə mühüm əhəmiyyət kəsb edən məsələlərdən birinə çevrilib.

Azərbaycanda istehsalın həcminin genişləndiyini, malların və xidmətlərin çeşid və növlərinin artdığını diqqətə çatdıran Xidmət rəisi istehlak bazarında hələ də normativ sənədlərin tələblərinə cavab verməyən, saxlanma və yararlılıq müddətləri ötmüş, mənşəyi məlum olmayan, sertifikatlaşdırılmamış, saxtalaşdırılmış, insan həyatı və sağlamlığı üçün təhlükəli məhsulların satılması hallarının müşahidə olunduğunu qeyd edib.

Konfransda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr», «Qüsurlu mal satılarkən istehlakçının hüquqlarının təmin edilməsində sahibkarların vəzifələri», «İstehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət», «İstehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri» mövzusunda məruzələrlə çıxış edib, istehlakçı hüquqlarının qorunması, bu sahədə sahibkarların üzərinə düşən vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR