Bank Of Baku

“Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı” mövzusunda tədbir keçirilib

“Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı” mövzusunda tədbir keçirilib
# 10 iyul 2010 13:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Zaqatalada “Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı” mövzusunda tədbir keçirilib. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak edib. Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov deyib ki, ölkədə davam etdirilən kompleks islahatların məntiqi nəticəsi olaraq 2010-cu ilin yanvar-may ayları ərzində ÜDM 4,3% artaraq 16,5 milyard manat təşkil edib. Bu dövrdə qeyri-neft sektorunda 4,9%-lik artıma nail olunub.

Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini qeyd edib, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Rüfət Məmmədov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, regionun sahibkarları üçün potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR