Bank Of Baku

ABŞ ölkə iqtisadiyyatını kiçik biznesin kreditləşməsi hesabına bərpa etmək niyyətindədir

ABŞ ölkə iqtisadiyyatını kiçik biznesin kreditləşməsi hesabına bərpa etmək niyyətindədir
# 13 iyul 2010 12:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Maliyyə böhranından sonra ABŞ iqtisadiyyatının bərpası üçün vacib elementlərdən biri ölkədə kiçik biznesin maliyyələşdirilməsinin artırılması ola bilər.

«APA-Economics»in məlumatına görə, bunu ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Ben Bernanke bildirib.

Onun sözlərinə görə, hazırda pitseriyalardan tutmuş texnologiya sahəsində yeni fəaliyyətə başlayan şirkətlərin kreditlər alınmasına ehtiyacı var. Bununla yanaşı, yeni iş yerləri yaradan kiçik biznes sahəsi ABŞ hökumətinin kredit siyasətini sərtləşdirməsi nəticəsində ciddi zərər çəkib.

Hazırda ABŞ iqtisadiyyatında müsbət tendensiyalara baxmayaraq, ölkədə kiçik biznesin kreditləşməsinin həcmi azalmaqda davam edir. Belə ki, cari ilin I rübündə ABŞ-da banklar tərəfindən kiçik biznesin maliyyələşdirilməsi üçün 670 mlrd. ABŞ dolları həcmində kredit ayrılıb. Bu da 2008-ci ilin yanvar-mart ayları ilə müqayisədə 5,6% azdır.

B.Bernanke onu da qeyd edib ki, ölkədə məşğul əhalinin yarısı kiçik müəssisələrdə fəaliyyət göstərir və onlar yeni iş yerlərinin 60%-ni təmin edir. Ümumiyyətlə, son 20 il ərzində yeni yaradılmış müəssisələr ölkədə yeni yaradılmış iş yerlərinin 25%-ni təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR