Bank Of Baku

Bu il Azərbaycanda qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı 18 mini keçib

Bu il Azərbaycanda qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı 18 mini keçib
# 14 iyul 2010 08:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda hüquqi və fiziki şəxslərin sayının artımı davam edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk yarısında qeydiyyata alınmış 2 309 hüquqi şəxsin 93-ü dövlət mülkiyyətinə, 3-ü bələdiyyə mülkiyyətinə, 1 933-ü isə xüsusi mülkiyyətə, ümumi qeydiyyata alınmışlardan 236-sı tam xarici investisiyalı, 44-ü isə birgə müəssisələrə aid olub.

Yeni müəssisələrin 61,7%-i Bakıda, 10,6%-i Aran, 5,6%-i Abşeron, 5,5%-i Şəki-Zaqatala iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Eyni zamanda hesabat dövründə 18 438 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR