Bank Of Baku

Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək
# 15 iyul 2010 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyul ayının 19-da Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Bakıda XI Almaniya-Azərbaycan İqtisadi Forumu keçiriləcək.

DAWF-ın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, forum Almaniyanın Federal Texnologiya və İqtisadiyyat Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək. Tədbirdə əsasən neft-qaz, bərpa olunan enerji, maşınqayırma və avadanlıqlar, kənd təsərrüfatı və qida sənayesi texnikası, maliyyə və bank sahəsində fəaliyyət göstərən iş adamları iştirak edəcək.

Tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov, Almaniyanın federal iqtisadiyyat və texnologiya naziri Andreas Neuman, Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və digər dövlət qurumlarının nümayəndələri iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, tədbir çərçivəsində Almaniya və Azərbaycan iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR