Bank Of Baku

İlin əvvəlindən Azərbaycanda 488 müəssisə ləğv edilib

İlin əvvəlindən Azərbaycanda 488 müəssisə ləğv edilib
# 15 iyul 2010 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyul ayının 1-nə hüquqi şəxslərin sayı ilin əvvəlinə nisbətən 1,9% artaraq 91 657 olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artım iqtisadiyyatın «Daşınmaz əmlakla əlaqədar əməliyyatlar», «Digər sahələrdə xidmətlərin göstərilməsi», «Peşə, elmi və texniki fəaliyyət», «Mədənçıxarma sənayesi» və «Maliyyə və sığorta fəaliyyəti» bölmələrində daha nəzərəçarpacaq dərəcədə olub.

“Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, «Digər sahələrdə xidmətlərin göstərilməsi», «Tikinti» və «Emal sənayesi» bölmələrində hüquqi şəxslərin Dövlət Registrində xüsusi çəkisi daha yüksək olub.

Eyni zamanda yanvar-iyun ayları ərzində ölkədə statistik vahidlərin dövlət registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə, Böyük Britaniya, Rusiya, İran, ABŞ və Almaniya sahibkarları tərəfindən yaradılıb.

Bununla yanaşı, cari ilin ilk yarısında Azərbaycanda 2 309 yeni müəssisə yaradılıb və 488-i ləğv olunub. Ləğv edilmiş hüquqi şəxslərin 26,4%-i «Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq», 24,6%-i «Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri», 14,8%-i «Tikinti», 9,4%-i «Digər sahələrdə xidmətlərin göstərilməsi», 6,6%-i «Emal sənayesi», qalanları isə digər bölmələrin payına düşüb.

Bu dövrdə yeni yaranmış hüquqi şəxslərin 35,6%-i «Digər sahələrdə xidmətlərin göstərilməsi», 23,6%-i «Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri», 12,3%-i «Tikinti», 6,1%-i «Peşə, elmi və texniki fəaliyyət», 4,2%-i «Emal sənayesi», 3,7%-i isə «Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq» bölmələrinin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR