“Almalı” mağazalar şəbəkəsinin fəaliyyəti bərpa olunur
“APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən ADA-nın İdarə Heyətinin sədri Rafael Hacıyev bildirib ki, son bir il ərzində şirkətlər qrupuna məxsus olan “Almalı” mağazalar şəbəkəsi böhran keçirib: “Vəziyyətdən çıxmaq üçün şirkət yeni investisiyalar cəlb etmək məqsədilə xarici şirkətlərlə danışıqlar aparıb və bu ilin əvvəlində “CRG Capital” şirkəti ilə danışıqlara başlayıb”.
Öz növbəsində P.Pouladdej qeyd edib ki, bu ilin fevral ayından başlayaraq təmsil etdiyi şirkət “Almalı” şəbəkəsinin mövcud durumu ilə tanış olub: “Artıq “Almalı” mağazalar şəbəkəsinin restrukturizasiya və bərpası ilə bağlı biznes-plan hazırlanıb və tələb olunan investisiyaların həcmi müəyyən edilib”.
P.Pouladdej deyib ki, son beş ayda şirkətin səhmdarları ilə ilkin danışıqlar aparılıb: “Bu gündən etibarən şirkətin kreditorları, səhmdarları və əlaqədar strukturlarla danışıqlara başlanılır və payızın əvvəlinə kimi bu danışıqları uğurla başa çatdırmaq planlaşdırılıb”.
İnvestor eyni zamanda bildirib ki, bu ayın payızında “Almalı” mağazalar şəbəkəsi eyni brend altında fəaliyyətini bərpa edəcək: “Ümumilikdə 20 marketin aşılması nəzərdə tutulub, bunların içində bir neçə hiper-market və bir sıra mini-marketlər olacaq. Lakin mərhələlərlə hər dəfə 5 market açılması nəzərdə tutulur. Bunların fəaliyyətindən gələn vəsaitlər borcların ödənilməsinə və yeni marketlərin açılmasına yönəldiləcək”.
Ümumilikdə mağazalar şəbəkəsinin restrukturizasiya və bərpasına 5-7 mln. manat investisiyanın cəlb edilməsi nəzərdə tutulub. İnvestisiya müqaviləsinin müddəti 5 ildir.
ADA Şirkətlər Qrupunun indiyədək yaranmış borclarına gəlincə, R.Hacıyev qeyd edib ki, “Almalı” mağazalar şəbəkəsinin işçilərinin 3-4 aylıq əmək haqqı üzrə borcu mərhələlərlə qaytarılacaq: “Biz borcun ödənişini investorlarla bərabər həyata keçirəcəyik. Artıq işdən məcburən azad olan işçilərimizi geri çağıracağıq, çünki “Almalı” mağazalar şəbəkəsinin personalı xarici mütəxəssislərin iştirakı ilə xüsusi treninqlər keçib, biz onların hazırlanmasına böyük zəhmət qoymuşuq”.
R.Hacıyevin sözlərinə görə, son üç ildə şirkət tərəfindən banklara 12 mln. manat həcmində faiz ödənilib və bundan sonra da bu istiqamətdə işlər aparılacaq.
Qeyd edək ki, «Almalı» mağazalar şəbəkəsinin operatoru olan «ADA» Şirkətlər Qrupu 2005-ci ildə yaradılıb. Qrupun əsas səhmdarlarından biri Beynəlxalq Maliyyə Korporasiyasıdır (BMK). Layihə ölkənin qeyri-neft sektorunda BMK-nın ən böyük maliyyə layihəsidir. Layihənin məqsədi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na dəstək olmaq, yerli fermerlər üçün böyük həcmli alıcı təbəqəsi formalaşdıraraq onlara stimul vermək, beləliklə, aqrar sənayenin inkişafına nail olmaqdır.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər