Bank Of Baku

Ağdaşda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Ağdaşda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 16 iyul 2010 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Ecopnomics. Bu gün Ağdaş rayonunda İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 350-yə yaxın sahibkar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, həmçinin kənd təsərrüfatının daha da inkişaf etdiyini qeyd edib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, həmçinin 2010-cu il ərzində respublikanın 27 inzibati rayon və şəhəri üzrə prioritet hesab olunan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün sahibkarlıq subyektlərindən layihələrin qəbulunun davam etdirildiyini vurğulayıb, sahibkarları bu layihələrdə fəal iştiraka dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR