Bank Of Baku

Gəncədə Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək

Gəncədə Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək
# 19 iyul 2010 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il iyulun 22-də Gəncədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Azərbaycan-Almaniya İqtisadi Forumu keçiriləcək.

«APA-Economics»in məlumatına görə, Azərbaycanda səfərdə olan Almaniyanın federal iqtisadiyyat və texnologiya naziri Andreas Neuman qeyd edib ki, bu gün Bakıda keçirilən XI Azərbaycan-Almaniya İqtisadi Forumu iki ölkənin sahibkarları arasında yeni imkanlar açacaq, o cümlədən iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcək: “Biz bilirik ki, Gəncə Azərbaycanın iri və inkişaf etmiş şəhərlərindən biridir və buna görə növbəti analoji biznes-forumu məhz Gəncədə keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, bu gün Bakıda keçirilən biznes-forumda neft-qaz, bərpa olunan enerji, maşınqayırma və avadanlıqlar, kənd təsərrüfatı və qida sənayesi texnikası, maliyyə və bank sahəsində fəaliyyət göstərən 50-yə yaxın iş adamı iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR